Samsung Galaxy S21 Ultra smartfonunun render fotoları təqdim olunub

Samsung Galaxy S21 Ultra smartfonunun render fotoları təqdim olunub

Mobil Cihazlar
18.12.2020 PAYLAŞIM

    Samsung-un yeni flaqman smartfonlarını gözləyərkən insayderlər onlar barəsində yeni məlumatları verməkdə davam edirlər. Bu dəfə internetdə Galaxy S21 Ultra modelinin render fotoları ortaya çıxıb. Nüfuzlu insayder olan Evan Blass-ın təqdim etdiyi render fotolar bu smartfonun dizayn özəlliklərini təsdiqləyiblər. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Galaxy S21 Ultra smartfonu 6.8 düym yastı ekran əldə edəcək Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdiriləcək.


    Smartfonun arxa panelinə gəldikdə isə bu cür dizaynı bütün Galaxy S21 modelləri əldə edəcəklər. Kameralar arxa panelin yuxarı sol hissəsindəki xüsusi sahənin daxilində yerləşəcəklər. Məlumata əsasən smartfon 4 kamera sensorunu əldə edəcək: 108 MP-lik əsas sensor, ultragenişbucaqlı ikinci sensor və 2 ədəd teleobyektiv. Bundan əlavə olaraq arxa kamera sahəsinə həmçinin lazer avtofokusu da daxil olacaq. Galaxy S21 Ultra-nın S Pen stilus dəstəyini əldə edəcəyi gözlənilir. Bir sıra məlumatlara əsasən Samsung şirkəti Galaxy S21 seriyasını 14 yanvar tarixində təqdim edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..


Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha ..

Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı ..


Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim e..


LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb..

LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyi..


LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətiri..

Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi...

×