
Samsung Galaxy S21+ smartfon modelinin real fotoları ortaya çıxıb
Təqdimatdan öncə insayderlər Samsung Galaxy S21+ smartfonu ilə tanış olmaq imkanını əldə ediblər. Bunun nəticəsində internetdə sözügedən smartfonun fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan isə Galaxy S21+ modelinin dizaynını qiymətləndirmək olar. Bu barədə 4pda saytı xəbər verib. Smartfonun fotolarını təqdim etmiş şəxsin sözlərinə əsasən həmin fotoları ona dostu göndərib və o da bu fotoları öz Twitter hesabında paylaşıb.
Beləliklə fotolardan da görmək olar ki, smartfon ekran ətrafı nazik çərçivələr və tamamilə yeni arxa kamera dizaynını əldə edəcək. Son məlumat sızıntılarına əsasən Galaxy S21+ smartfonu Snapdragon 888 / Exynos 2100 prosessoru, Full HD+ keyfiyyətli 6.7 düym ekran və 8 GB RAM ilə təchiz olunacaq. Bir sıra məlumatlara əsasən Galaxy S21 smartfon seriyası 14 yanvar tarixində təqdim olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...