
Aylar ərzində olmuş məlumat sızıntılarından sonra Samsung şirkəti yeni smartfon modellərinin təqdimatlarına həsr edilmiş Galaxy Unpacked 2022 tədbirinin keçirilmə tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə yeni Galaxy S22 smartfon seriyası 2 həftədən sonra təqdim ediləcək. Şirkət keçiriləcək Unpacked 2022 tədbiri üçün xüsusi dəvət videosunu da təqdim edib. Təqdimat tədbiri 9 fevral tarixində baş tutacaq. Şirkət smartfonların hansı texniki özəlliklərə sahib olacağı barəsində məlumat verməyib. Gözləntilərə əsasən Samsung Galaxy S22 smartfon seriyası ilə birlikdə həmçinin Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunmuş yeni Galaxy Tab S8 planşet modelini də təqdim edəcək. Sözügedən planşetin barmaq izi skanı texnologiyasına və S Pen stilusu dəstəyinə sahib olacağı güman edilir.
Şərh yoxdur