main-post-cover

    Samsung Galaxy S22 smartfonları emal edilmiş materiallardan istehsal olunacaqlar

    Cihazlar+
    07.02.2022
    Farid Pardashunas
        Samsung şirkəti sabah təqdim olunacaq yeni Galaxy S22 smartfonları barəsində maraqlı faktı bölüşüb. Şirkət bildirib ki, sabah təqdim olunacaq Galaxy S22 smartfonları qismən emal edilmiş materiallardan istehsal ediləcək. Ekoloqların verdikləri məlumata əsasən polietilen materialdan hazırlanmış butulkalar və paketlər ilə yanaşı il ərzində dünya okeanına 640.000 ton balıq toru atılır. Samsung isə balıq toru tullantılarının emalı nəticəsində əldə edilmiş materialları Galaxy S22 smartfonlarının istehsallarında istifadə edəcək. Bununla yanaşı Samsung bildirib ki, bu, şirkətin ekoloji strategiyasının ilk mərhələsidir.
        Belə ki, gələcəkdə şirkətin bütün məhsulları emal ediləcək tullantılardan əldə ediləcək materiallar vasitəsilə istehsal ediləcək. Bura həmçinin plastik tullantılar da daxil olacaqlar. Qeyd etmək lazımdır ki, hələ 2019-cu ildə şirkət öz cihazlarında ekoloji qablaşdırmadan istifadə etmək qərarını vermişdi. Bundan əlavə olaraq Samsung öz cihazlarının qutularındakı şarj cihazlarından da imtina edib. Bu isə öz növbəsində elektron tullantıların sayını aşağı salmalıdır. Sabah keçiriləcək Galaxy Unpacked 2022 tədbiri çərçivəsində Galaxy S22 modelləri ilə yanaşı həmçinin Galaxy Tab S8 planşet modelinin də təqdim olunacağı gözlənilir.
    Linki kopyala