Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE barəsində bəzi məlumatlar verilib

    Cihazlar+
    22.02.2023
    Emil
        Bir neçə müddət bundan öncə insayderlər məlumat vermişdilər ki, Samsung şirkəti Galaxy S23 FE smartfonu üzərində çalışır. İndi isə insayderlər sözügedən smartfon barəsində bəzi məlumatları təqdim ediblər. Beləliklə insayderlərin verdikləri məlumata əsasən hazırlanan Galaxy S23 FE smartfonu aktual olan Snapdragon 8 Gen 2 prosessoru əvəzinə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində Samsung smartfonun satış qiymətini daha aşağı səviyyədə təyin edə bilər. Bundan əlavə olaraq Galaxy S23 FE modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran və üçlü arxa kamera ilə təchiz olunacaq. Çox güman ki, smartfonun bəzi kamera obyektivləri adi Galaxy S23-ün kamera obyektivləri kimi olacaq. Təəssüflər olsun ki, Galaxy S23 FE-nin nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Gözləntilərə əsasən smartfon bu ilin üçüncü rübündə təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər