
Samsung Galaxy S23 FE barəsində yeni məlumatlar ortaya çıxıb
Son zamanlarda Samsung şirkətinin Galaxy S23 FE smartfonu barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İnsayderlərin bir hissəsi qeyd edir ki, sözügedən smartfon bu il təqdim olunacaq, digər hissəsi isə bildirir ki, Galaxy S23 FE-ni bu il gözləmək lazım deyil. İndi isə insayderlər Galaxy S23 FE barəsində yeni məlumatları təqdim ediblər. Təqdim edilmiş yeni məlumatlar smartfonun texniki özəlliklərini əhatə edirlər. Beləliklə insayderlərin sözlərinə əsasən Samsung şirkəti Galaxy S23 FE smartfonunu bu ilin dördüncü rübündə təqdim etməyi planlaşdırır.
Galaxy S23 smartfon seriyasına daxil olan modellərdən fərqli olaraq Galaxy S23 FE modeli Samsung-un Exynos prosessoru ilə təchiz olunmalıdır. Çox güman ki, söhbət, AMD şirkətinin qrafik çipinə sahib Exynos 2200 prosessorundan gedir. Qeyd etmək lazımdır ki, Galaxy S22 smartfonlarının Avropa bazarı üçün nəzərdə tutulmuş versiyaları məhz sözügedən prosessor ilə təchiz olunurdular. Bununla yanaşı insayderlər bildiriblər ki, Galaxy S23 FE 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Smatfon minimum iki daxili yaddaş versiyasında satışa çıxacaq. Onlardan biri 128 GB, digəri isə 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Galaxy S23 FE-nin 45 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər