
Samsung Galaxy S23 FE düşünüldüyündən daha tez satışa çıxa bilər
Cihazlar+
24.05.2023
Emil
Verilmiş yeni məlumatlara əsasən Samsung-un bu ilin əvvəlində təqdim etmiş olduğu Galaxy S23 smartfonları satışlara start verilən zaman çox yaxşı satış göstəriciləri sərgilədilər. Lakin may ayında onların satışları aşağı düşdü. Bu səbəbdən də Samsung Galaxy S23 FE-ni düşünüldüyündən daha tez satışa çıxarda bilər. İnsayderlərin verdikləri məlumata əsasən şirkət Galaxy S23 FE-ni yeni qatlana bilən smartfonlar olacaq Galaxy Z Fold 5 və Z Flip 5-dən daha tez təqdim edə bilər. Gözləntilərə əsasən Galaxy 23 FE smartfonu bütün bazarlarda Exynos 2200 prosessoru ilə satışa çıxacaq. Bu səbəbdən də o, performans göstəriciləri baxımından Galaxy S23 smartfonlarından daha geridə qalacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
