
Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?
Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində məlumatı aşkar edib. Aşkar edilmiş məlumata əsasən Galaxy S23 FE smartfonu ABŞ bazarında 600$-a satılacaq. Avropa bazarında isə smartfon ənənəyə sadiq qalaraq daha baha qiymətə satılacaq. Yəni söhbət, 700 avqo satış qiymətindən gedir.
Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekranla təchiz olunacaq. Satışa çıxacağı regiondan asılı olaraq smartfon ya Snapdragon 8 Gen 1 ya da Exynos 2200 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Galaxy S23 FE özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Galaxy S23 FE-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər