Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib ola bilər

    Cihazlar+
    17.07.2023
    Emil
        Samsung Galaxy S23 smartfon seriyası çərçivəsində satışların reallaşdığı müxtəlif regionlardan asılı olaraq cihazların fərqli prosessorlarla təchiz edilməsi praktikasından bu il imtina etdi. Nəticədə Galaxy S23 smartfonları bütün regionlarda yalnız Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olundular. Lakin şirkət öz əvvəlki praktikasına geri qayıda bilər. Keçən həftə məlumat ortaya çıxmışdı ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfonları satışa çıxacaqları regionlardan asılı olaraq müxtəlif prosessorlarla təchiz oluna bilərlər.
        Söhbət, Snapdragon 8 Gen 3Exynos 2400 prosessorlarından gedir. Lakin Galaxy S24 smartfonları ilə müqayisədə müxtəlif regionlarda müxtəlif prosessorlara sahib yeni Samsung smartfonu daha tez satışa çıxa bilər. Söhbət, Galaxy S23 FE-dən gedir. Verilmiş yeni məlumata əsasən sözügedən smartfonun qlobal versiyası Exynos 2200 prosessoru, ABŞ bazarı üçün nəzərdə tutulmuş versiyası isə Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunacaq. Galaxy S23 FE-nin nə zaman təqdim ediləcəyi tam dəqiq bilinmir.
    Paylaş
    Bənzər xəbərlər