main-post-cover

    Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

    Cihazlar+
    21.09.2023
    Emil Nəcəfov
        Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatları aşkar edilib. Görünür, Samsung öz smartfonlarında satış regionundan asılı olaraq müxtəlif prosessorlardan istifadə praktikasına geri dönməyi düşünür. Beləliklə Google Play Console servisindəki məlumatlara əsasən Galaxy S23 FE smartfonu iki versiyada satışa çıxacaq. Onlardan biri Snapdragon 8 Gen 1 prosessoruna, digəri isə Exynos 2200 prosessoruna sahib olacaq. Hər iki versiyada RAM yaddaşı 8 GB təşkil edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon Full HD+ keyfiyyətli ekrana sahib olacaq. Galaxy S23 FE-ni yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər