main-post-cover

    Samsung Galaxy S23 FE-nin bu il təqdim olunma ehtimalı var

    Cihazlar+
    15.03.2023
    Farid Pardashunas
        Son zamanlarda internetdə Samsung Galaxy S23 FE smartfon modeli barəsində müxtəlif məlumatlar ortaya çıxır. Məlumatların bir hissəsində sözügedən smartfonun ümumiyyətlə ləğv olunduğu, digər hissəsində isə onun yaxın zamanda təqdim olunacağı qeyd edilir. Verilmiş yeni məlumatda isə məhz ikinci variant əks olunub. Koreyanın Sisa Journal adlı nəşriyyatı bildirib ki, Samsung Galaxy S23 FE üçün nəzərdə tutulmuş komponentlərin istehsalçılarını artıq təyin edib.
        Məlumatda qeyd edilib ki, smartfonun istehsalına bu ilin üçüncü rübünün sonunda start veriləcək. Təqdimat isə dördüncü rübün əvvəlində baş tutmalıdır. Koreyadan olan nəşriyyat bildirib ki, buna Galaxy A70 seriyasının istehsalının dayandırılması da işarə edir. Məhz Galaxy A70 seriyası Galaxy S FE seriyası ilə eyni səviyyədə rəqabət apara bilir. Güman olunur ki, Galaxy S23 FE modeli Galaxy S23-ün ekranı, Snapdragon 8 Gen 1 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər