Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE-nin hansı prosessora sahib olacağı məlum olub

    Cihazlar+
    07.07.2023
    Emil
        Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə smartfon Geekbench bençmarkının məlumatlar bazasında ortaya çıxıb.Geekbench-in məlumatlar bazasına əsasən Galaxy S23 FE smartfonu Exynos 2200 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S22 də sözügedən prosessor ilə təchiz olunur. Bununla yanaşı Geekbench-də qeyd edilib ki, smartfon 8 GB RAM-a və Android 13 əməliyyat sisteminə sahib olacaq. Məlumatlar bazasında smartfon ilə bağlı digər bir məlumat yoxdur. Lakin daha öncəki məlumat sızıntlıarına inansaq, Galaxy S23 FE 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy S23 FE-nin nə zaman təqdim olunacağı dəqiq bilinmir.
    Paylaş
    Bənzər xəbərlər