
Samsung Galaxy S23 FE-nin hansı qiymətə satılacağı barəsində məlumat verilib
Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, sözügedən smartfon Exynos 2200 prosessoru ilə təchiz olunacaq. Bu faktor potensial alıcıları heç də qane etməyə bilər. Lakin bununla belə Galaxy S23 FE öz satış qiyməti ilə onların diqqətlərini cəlb edə bilər. Belə ki, insayderlər Galaxy S23 FE-nin qiyməti barəsində məlumatı təqdim ediblər.
Beləliklə verilmiş məlumata əsasən sözügedən smartfon 600$-a satılacaq. Lakin söhbət, Cənubi Koreyada olacaq satış qiymətindən gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, daha əvvəlki Galaxy S FE modellərinin satış qiymətləri 700$-dan start götürüb. Bununla belə Galaxy S23 FE modeli Galaxy S23-ün standart versiyasından 200$ daha ucuz satılacaq. Galaxy S23 FE-nin nə zaman təqdim ediləcəyi bilinmir. Smartfonun ümumiyyətlə təqdim ediləcəyi də bilinmir.
Paylaş
Bənzər xəbərlər