Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE-nin keysinin fotoları ortaya çıxıb

    Cihazlar+
    10.08.2023
    Emil
        Hələ təqdim olunmamış Samsung Galaxy S23 FE smartfonuna məxsus keysin fotoları internetdə ortaya çıxıb. Keys fotolarından belə qənaətə gəlmək olar ki, Galaxy S23 FE modelinin arxa panel dizaynı adi Galaxy S23 modelinin arxa panel dizaynından bir qədər fərqlənəcək. Belə ki, Galaxy S23 FE-də LED işıqlandırma yuxarı kameranın sağ hissəsində deyil, orta kameranın sağ hissəsində yerləşəcək. Bununla yanaşı məlumata əsasən Galaxy S23 FE-nin ekranı üzərində ön kamera üçün dairəvi formalı çıxıntı əvəzinə damcı formalı çıxıntı reallaşdırılacaq. Galaxy S23 FE-nin nə zaman təqdim ediləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, smartfon bu il ərzində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər