
Samsung Galaxy S23 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
Cihazlar+
21.09.2023
Emil
Samsung şirkəti Galaxy S23 FE smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. Görünür, təqdimat artıq çox yaxındır. İnsayderlər sözügedən smartfonun ilk rəsmi tizer posterini təqdim ediblər. Smartfonun dəqiq təqdimat tarixi məlum olmasa da, məlumatda qeyd edilib ki, o, böyük ehtimalla gələn ay təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekran ilə təchiz olunacaq. Satışa çıxacağı regiondan asılı olaraq smartfon ya Snapdragon 8 Gen 1-i ya da Exynos 2200-ı əldə etməlidir. Bununla yanaşı Galaxy S23 FE-nin özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
