Samsung Galaxy S23 FE-nin proqram təminatının testinə start verib

Samsung Galaxy S23 FE-nin proqram təminatının testinə start verib

Mobil Cihazlar
26.05.2023 PAYLAŞIM

    Son məlumat sızıntılarına əsasən Samsung bu il ərzində Galaxy S23 FE smartfonunu təqdim edəcək. İnsayderlər isə onun barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Samsung sözügedən smartfon üçün artıq proqram təminatının testinə start verib. Məlumata əsasən söhbət, smartfonun Avropa bazarında satılacaq versiyası üçün nəzərdə tutulmuş proqram təminatından gedir.

    Smartfonun nə zaman təqdim ediləcəyi tam dəqiq bilinmir. Bəzi məlumatlara əsasən Galaxy S23 FE yay fəslində, digər məlumatlara əsasən isə bu ilin sonunda təqdim ediləcək. Texniki göstəricilər baxımından smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Exynos 2200 prosessoru, 6/8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.




DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×