
Samsung Galaxy S23 FE-nin satış qiymətləri barəsində məlumat verilib
Artıq dəfələrlə məlumat verilib ki, Samsung şirkəti Galaxy S3 FE smartfonu üzərində çalışır. Sözügedən smartfonun bu il ərzində təqdim olunacağı gözlənilir. İndi isə internetdə Galaxy S3 FE-nin satış qiymətləri barəsində məlumat ortaya çıxıb. İlk öncə qeyd etmək lazımdır ki, Galaxy S23 FE-nin ortaya çıxmış satış qiymətləri Hindistan bazarı üçün nəzərdə tutulub.
Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy S3 FE-nin 128 GB yaddaşa sahib versiyası Hindistan bazarında 660$-a, 256 GB yaddaşa sahib versiyası isə 720$-a satılacaq. Çox güman ki, digər regionlarda smartfonun satış qiymətləri fərqlənəcək. Son məlumat sızıntılarına əsasən Galaxy S3 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Dynamic AMOLED ekranla təchiz olunacaq. Smartfonun Exynos 2200 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi güman edilir.
Paylaş
Bənzər xəbərlər