Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE-nin təqdimat müddəti barəsində məlumat verilib

    Cihazlar+
    14.06.2023
        Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər sözügedən smartfonun təqdimat müddəti barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə inansaq, Galaxy S23 FE smartfonu bu ilin üçüncü rübündə təqdim ediləcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon ilk növbədə yalnız bir neçə ölkədə satışa çıxacaq. Bu ilin dördüncü və ya gələn ilin birinci rübündə isə smartfonun satışa çıxacağı ölkələrin sayı daha da artacaq. Gözləntilərə əsasən Galaxy S23 FE smartfonu adi Galaxy S23 modelinin bir qədər sadələşdirilmiş versiyası kimi çıxış edəcək və Exynos 2200 prosessoru vasitəsilə çalışacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S23 FE-nin təqdimat müddəti barəsində məlumat verilib | Technote