Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE-nin təqdimatı artıq çox yaxındır

    Cihazlar+
    28.08.2023
    Emil
        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti Galaxy S23 FE smartfonunu bu il ərzində təqdim edəcək. Görünür, təqdimat artıq çox yaxındır. Belə ki, sözügedəın smartfonun model nömrəsi olan SM-S711B/DS şirkət saytının dəstək xidməti bölməsində ortaya çıxıb. Bu isə o deməkdir ki, smartfonun təqdimatı yaxın zamanda baş tutmalıdır. Galaxy S23 FE-nin texniki göstəriciləri barəsində məlumat orda əks olunmasa da son məlumat sızıntlarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Dynamic AMOLED ekran, Exynos 2200 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 10 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər