
Samsung Galaxy S23 FE-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumat verilib
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung bu il ərzində Galaxy S23 FE smartfonunu təqdim edəcək. İndi isə internetdə sözügedən smartfonun texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Dynamic AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 10 MP-lik ön kameranı birləşdirəcək. Smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Galaxy 23 FE-nin gövdəsinin sudan qorunma özəlliyinə sahib olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər