main-post-cover

    Samsung Galaxy S23 FE-nin yeni fotosu təqdim edilib

    Cihazlar+
    18.09.2023
    Emil Nəcəfov
        Samsung şirkətinin yaxın zamanda Galaxy S23 FE smartfonunu təqdim edəcəyi gözlənilir. Şirkət hələ sözügedən smartfon barəsində rəsmi məlumatlar verməsə də bunu onun yerinə insayderlər edirlər. Belə ki, insayderlər Galaxy S23 FE-nin rəsmi fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun dizaynı və müxtəlif gövdə rəngləri əks olunub. Beləliklə Galaxy S23 FE modeli xarici görünüşcə adi Galaxy S23 modelinə bənzəyəcək. Yeni smartfonun ekranı üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı, arxa panelində isə 3 ədəd kamera obyektivi yerləşəcək.
        Üstəlik smartfonun ekran ətrafı çərçivələri bir qədər qalın olacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekranla təchiz olunacaq. Satılacağı regiondan asılı olaraq smartfon ya Snapdragon 8 Gen 1 ya da Exynos 2200 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Galaxy S23 FE özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər