Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE performans testlərindən keçib

    Cihazlar+
    10.10.2023
    Emil
         Samsung Galaxy S23 FE smartfonunun təqdimatından sonra onda Exynos 2200 prosessorunun istifadəsi məsələsi ilə bağlı çoxlu sayda tənqid ortaya çıxdı. Belə ki, sözügedən prosessor özünü Galaxy S22 smartfon seriyasında heç də yaxşı tərəfdən sərgiləməmişdi. RON TEK adlı Youtube kanalının müəllifləri Exynos 2200 prosessorunun Galaxyv S23 FE smartfonu tərkibində necə çalışdığını öyrənmək qərarına gəliblər. İlk öncə qeyd etmək lazımdır ki, Exynos 2200 prosessoru ilə yanaşı Galaxy S23 FE-də həmçinin yeni soyutma sistemindən də istifadə edilir.
         Nəticədə smartfon daha effektiv soyutma ilə təmin olunur. Beləliklə CPU Throttling testi çərçivəsində mərkəzi prosessorun performansı 74%-ə enib. Bu isə heç də pis bir nəticə deyil. Prosessorun qrafik sistemi üzərində aparılmış eyni test çərçivəsində 71% stabillik, ray tracing testində isə 75.6% stabillik müşahidə edilib. Geekbench 6-nın bir nüvəli testi çərçivəsində smartfon 1612 xal, çox nüvəli testi çərçivəsində isə 4005 xal toplayıb. AnTuTu-ya gəldikdə isə onda Galaxy S23 FE smartfonu 1 188 176 xal toplayıb. Bu cür göstərici isə Snapdragon 8 Gen 1-in göstəricisindən 10% yüksəkdir.
     
    Paylaş