Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE smartfonu ilə Galaxy Tab S9 FE planşetləri nə zaman təqdim olunacaq

    Cihazlar+
    30.08.2023
    Emil
        Artıq sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S23 FE smartfonu və Galaxy Tab S9 FE planşet seriyası üzərində çalışır. Lakin bu cihazların nə zaman təqdim ediləcəyi hələ tam dəqiq bilinmir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən adları sadalanmış bu cihazlar ilin sonunda təqdim olunacaqlar. Məlumatda qeyd edilib ki, Samsung ilin sonunda yalnız bu cihazların təqdimatları ilə yetinməyəcək.
        Belə ki, Samsung Galaxy S23 FE smartfonu və Galaxy Tab S9 FE planşetləri ilə yanaşı həmçinin Galaxy Buds 3 naqilsiz qulaqlığını və Galaxy SmartTag 2 axtarış trekerini təqdim edəcək. Bütün bu cihazların eyni gündə təqdim edilib-edilməyəcəyi bilinmir. Qeyd etmək lazımdır ki, daha öncə ortaya çıxmış məlumat sızıntılarında da qeyd edilmişdi ki, Galaxy S23 FE smartfonu məhz bu ilin dördüncü rübündə təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər