
Samsung Galaxy S23 FE-yə aid olduğu güman edilən batareyanın real fotosu ortaya çıxıb
İnsayderlərin son verdikləri məlumata əsasən Samsung artıq Galaxy S23 FE-nin testlərinə start verib. İndi isə Cənubi Koreyanın tənzimləyici orqanlarından birinin məlumatlar bazasında Galaxy S23 FE-yə aid olduğu hesab edilən batareyanın real fotosu ortaya çıxıb. Fotosu ortaya çıxmış batareya EB-BS711ABY seriya nömrəsinə sahibdir. Bu isə o deməkdir ki, onu SM-S711 model nömrəsinə sahib smartfon əldə edəcək. Güman edilir ki, bu model nömrəsi altında məhz Galaxy S23 FE modeli dayanır. Təəssüflər olsun ki, məlumatlarda sözügedən batareyanın hansı həcmdə olduğu qeyd edilməyib. Lakin insayderlərin daha öncə vermiş olduqları məlumatlara əsasən Galaxy S23 FE smartfonu 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, Galaxy S21 FE modeli də məhz 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
Paylaş
Bənzər xəbərlər