
Samsung Galaxy S23 smartfonları sayəsində smartfon bazarındakı liderliyini geri qaytarıb
Samsung şirkəti bir neçə müddət bundan öncə satışa çıxmış Galaxy S23 smartfonları sayəsində smartfon bazarındakı fevral ayı üzrə liderliyini geri qaytara bilib. Qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində smartfon bazarındakı liderliyi Apple şirkəti qoruyub saxlayırdı. Bu işdə isə ona iPhone 14 smartfon seriyası yardımçı olmuşdu. Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən Samsung-un fevral ayında smartfon bazarındakı sahib olduğu payı 21.1%-ə çatıb.
Bu isə şirkətin yanvar ayındakı göstəricisindən 3.5% yüksəkdir. Apple şirkətinə gəldikdə isə onun bazardakı payı 20.9%-dən 20.2%-ə enib. Statistika üzrə növbəti yerləri Xiaomi (11.5%), OPPO (8.9%) və Vivo (8.2%) şirkətləri tutublar. Məlumatda qeyd edilib ki, fevral ayında ümumilikdə bütün dünyada 89.6 milyon smartfon satılıb. Bu isə 2022-ci ilin fevral ayında satılmış smartfonların ümumi sayından 15% aşağıdır.
Paylaş
Bənzər xəbərlər