Logo
    main-post-cover

    Samsung Galaxy S23 smartfonlarında enerjiyə qənaət üzrə yeni rejim istifadəyə veriləcək

    Cihazlar+
    03.11.2022
    Emil
        Ice Universe ləqəbli məşhur insayder tərəfindən verilmiş məlumata əsasən Samsung Galaxy S23 smartfonları enerjiyə qənaət üzrə yeni rejim əldə edəcəklər. Smartfonların əldə edəcəkləri yeni enerjiyə qənaət rejimi Light adını əldə edəcək. Məlumata əsasən bu yeni rejim kiçik performans itkisi hesabına enerji sərfiyyatını aşağı salacaq. Bundan əlavə olaraq sözügedən rejimin aktivləşdirilməsi halında ekranın təsvir tezliyində dəyişiklik olmayacaq. Bunun necə reallaşdırılacağı barəsində isə məlumat yoxdur. Təqdim edilmiş fotodan da görmək olar ki, Light rejimindən əlavə olaraq Standart rejim də olacaq. Heç istisna deyil ki, Galaxy S23 modellərinin satışa çıxacaqları zaman onlar enerjiyə qənaət üzrə digər rejimləri də əldə etsinlər. Bununla yanaşı Samsung-un aktual olan smartfonları sistem yenilənməsi hesabına enerjiyə qənaət üzrə hansısa rejimi əldə edə bilərlər. Digər bir məlumata əsasən isə Galaxy S23 modellərində sözügedən rejimin olması həmin smartfonların yüksək enerji sərfiyyatına sahib olacaqlarına işarə edə bilər.
    Paylaş
    Bənzər xəbərlər