Logo
    main-post-cover

    Samsung Galaxy S23 smartfonlarında Exynos prosessorundan istifadə etməyəcək

    Cihazlar+
    04.11.2022
    Emil
        Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S23 smartfon seriyasında fərdi Exynos prosessorunun istifadəsindən tamamilə imtina edəcək. İnsayder bu məlumatı Qualcomm şirkətinin maliyyə direktoru Akash Palkkhivala-nın müsahibəsinə istinadən verib. Belə ki, Qualcomm-un maliyyə direktorunun sözlərinə əsasən Snapdragon prosessoru aktual olan Galaxy S22 seriyasına daxil olan dörd smartfondan üçündə istifadə edildiyi halda gələn il Snapdragon prosessoru bütün Galaxy S23 modellərində istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu, ilk belə bir hal deyil.
        Belə ki, hələ Galaxy S21 seriyasının və Galaxy S22 seriyasının təqdim olunmasından öncə Exynos prosessorlarının artıq aktual olmadıqları məlumatları ortaya çıxırdı. Lakin Samsung hər dəfə öz prosessorlarının smartfonlarda istifadə edilməsini təkid edirdi. Həmçinin artıq onu da nəzərə almaq lazımdır ki, Exynos prosessorları nəinki Snapdragon hətta MediaTek prosessorlarından da geridə qalır. İndi isə Qualcomm təmsilçisinin rəsmi bəyanatı ilə artıq məlum oldu ki, gələn ilki bütün Galaxy S23 modelləri yalnız Snapdragon prosessorunu əldə edəcəklər. Bəzi məlumatlara əsasən bu halda Samsung-un Exynos prosessoru şirkətin orta səviyyəli smartfonlarında istifadə ediləcək.
    Paylaş
    Bənzər xəbərlər