
Samsung Galaxy S23 smartfonlarının dizaynları sərgilənib
Slashleaks saytında Samsung Galaxy S23 smartfonlarının maketlərinin yüksək keyfiyyətli fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda Samsung-un növbəti flaqman smartfonlarının dizayn özəlliklərini görmək olar. İlk öncə onu qeyd etmək lazımdır ki, sözügedən fotolar Galaxy S23 modelləri barəsində daha öncə ortaya çıxmış məlumatlarla üst-üstə düşürlər. Beləliklə əvvəlcədən də gözlənildiyi kimi Galaxy S23 seriyasına 3 smartfon modeli daxil olacaq: Galaxy S23, S23+ və S23 Ultra.
Fotolardan da görmək olar ki, Galaxy S23 Ultra xarici görünüşcə Galaxy S22 Ultra-dan fərqlənməyəcək. Yeni smartfon da Galaxy S22 Ultra kimi düzbucaq dizaynına sahib olacaq və onun ekranının kənarları bir qədər əyilmiş tərzdə reallaşdırılacaq. Ənənə üzrə Galaxy S22 Ultra özündə S Pen stilusunu birləşdirəcək. Galaxy S23 və S23+ modellərinə gəldikdə isə onlar da xarici görünüşcə demək olar aktual olan Galaxy S22 və S22+ modellərinə bənzəyəcəklər.
Lakin bununla belə yeni modellərdə bir fərqləndirici özəllik olacaq. Belə ki, Galaxy S23 ilə S23+ modellərinin arxa panellərində kameralar xüsusi sahənin daxilində yerləşməyəcəklər. Bu baxımdan sözügedən smartfon modellərinin arxa kameralarının yerləşmə tərzi Galaxy S23 Ultra-nı xatırladacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 Ultra modeli Samsung-un 200 MP-lik yeni kamera sensorunu əldə edəcək. Bununla yanaşı bütün Galaxy S23 modelləri Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar. Galaxy S23 smartfon seriyasının gələn ilin fevral ayında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...