
Samsung Galaxy S23 smartfonlarının nə zaman təqdim olunacaqları barəsində məlumat verilib
Cihazlar+
04.11.2022
Emil
Məlum məsələdir ki, Samsung şirkəti hal hazırda Galaxy S23 smartfon seriyası üzərində çalışır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung öz yeni flaqman smartfon seriyasını bu ilin sonuna kimi təqdim edə bilər. Lakin Cənubi Koreyadan olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Galaxy S23 smartfon seriyasının təqdimatını bir qədər gözləmək lazım gələcək. Belə ki, sözügedən smartfonlar bu il təqdim olunmayacaqlar. Verilmiş məlumata əsasən əgər heç bir dəyişiklik olmasa, Samsung Galaxy S23 smartfonlarını gələn il fevral ayının ilk həftəsində təqdim edəcək.
Satışlara isə təqdimatdan bir həftə sonra start veriləcək. Bununla yanaşı məlumata əsasən smartfonların təqdimatları San Fransisko şəhərində baş tutacaq. Təqdim olunacaq yeni flaqman smartfon seriyasına 3 modelin daxil olacağı gözlənilir: Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra. Yeni smartfonların aktual olan Galaxy S22 modellərindən az fərqlənəcəkləri güman edilir. Dəqiq olan odur ki, smartfonlar AMOLED ekran və bu ay təqdim olunacaq Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
