Samsung Galaxy S23 Ultra barəsində ilk məlumatlar verilib

Samsung Galaxy S23 Ultra barəsində ilk məlumatlar verilib

Mobil Cihazlar
22.08.2022 PAYLAŞIM

    Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S23 Ultra smartfonu barəsində yeni hesabatı təqdim edib. İnsayderin sözlərinə əsasən aktual olan Galaxy S22 Ultra ilə müqayisədə Galaxy S23 Ultra o qədər də çox dəyişiklik əldə etməyəcək. Məlumata əsasən Samsung şirkəti Galaxy S23 Ultra modelində 200 MP-lik əsas arxa kameranın istifadəsini artıq təsdiqləyib. Söhbət, Samsung-un ISOCELL HP2 adlı 200 MP-lik kamera sensorundan gedir. Bununla yanaşı yeni flaqman smartfon Galaxy S22 Ultra kimi 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin bununla belə gələn ilki Galaxy S23 Ultra Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.

    Qeyd etmək lazımdır ki, sözügedən prosessor noyabr ayında təqdim olunacaq. Gözləntilərə əsasən Samsung istehsalı olan 200 MP-lik kamera sensoru yüksək işıq həssaslığına sahib olacaq. Bununla yanaşı yüksək işıq həssaslığı ilə birlikdə kamera təsvirlərdə yüksək detalizasiyanı qoruyub saxlayacaq və kadrlarda yaxşı bucaq əhatəsini təmin edəcək. Son məlumatlara əsasən Galaxy S23 Ultra modeli Qualcomm şirkətinin, barmaq izinin ultrasəs əsaslı 3D skan texnologiyasını əldə edəcək. Söhbət, Qualcomm 3D Sonic Max adlı texnologiyadan gedir. Galaxy S23 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməsə də çox güman ki, bu, gələn ilin fevral və ya mart ayında baş verəcək.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×