
Samsung Galaxy S23 Ultra-nın əsas kamerasının çəkiliş rejimləri məlum olub
Cihazlar+
15.11.2022
Emil
Ice Universe ləqəbli məşhur insayderin verdiyi son məlumata əsasən 200 MP-lik əsas arxa kameraya sahib olacaq Galaxy S23 Ultra smartfonu müxtəlif keyfiyyətlərə sahib 3 əsas çəkiliş rejimini təqdim edəcək. İnsayder bildirib ki, 12 MP-lik çəkiliş keyfiyyəti (3000x4000 piksel keyfiyyəti) smartfon üçün standart olacaq. Bununla yanaşı Galaxy S23 Ultra modeli əlavə olaraq 50 MP-lik (6120x8160 piksel keyfiyyəti) və 200 MP-lik (12240x16320 piksel keyfiyyəti) çəkiliş keyfiyyətini təklif edəcək.
Bununla belə əsas arxa kameranın diafraqma göstəricisi f/1.7 təşkil edəcək. Samsung iki ədəd 200 MP-lik kamera sensoruna sahibdir. Söhbət, ISOCELL HP1 və ISOCELL HP3 kamera sensorlarından gedir. Güman olunur ki, Galaxy S23 Ultra smartfonu məhz ISOCELL HP3 kamera sensoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S23 seriyasına 3 smartfon modeli daxil olacaq: Galaxy S23, S23+ və S23 Ultra. Galaxy S23 seriyası gələn ilin əvvəlində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
