Logo
    main-post-cover

    Samsung Galaxy S23 Ultra-nın istehsalında təkrar emal edilmiş materiallardan daha çox istifadə edilib

    Cihazlar+
    20.02.2023
    Emil
        Samsung şirkəti müasir trendlərə uyğunlaşmağa davam edir və bu istiqamətdə şirkət Galaxy S23 Ultra smartfonunun istehsalında təkrar emal edilmiş materiallardan daha çox istifadə etmək qərarını verib. Məlum olub ki, smartfonun 20%-ni məhz plastik butulkalar və atılmış balıq torları təşkil edirlər. Belə ki, keçən ilki Galaxy S22 Ultra modelinin detallarından yalnız 6-sı təkrar emal edilmiş materiallardan hazırlandığı bir vaxtda, Galaxy S23 Ultra-nın detallarından 12-si təkrar emal edilmiş materiallardan hazırlanıb. Söhbət, smartfon gövdəsinin müxtəlif komponentlərindən gedir.
        Məsələn S Pen stilusunun yuxarı hissəsi ilə smartfonun aşağı hissəsində olan səsgücləndirici modulun 20%-i məhz təkrar emal edilmiş materiallardan hazırlanıb. Smartfonun kənar düymələrinin 20%-i təkrar emal edilmiş plastik butulkalardan hazırlanıb. Bununla yanaşı hər bir smartfonun yerləşdirildiyi qutu təkrar emal edilmiş kağızlardan hazırlanıb. Samsung bildirib ki, o, xüsusi texnologiyaların istifadəsi ilə reallaşdırılan təkrar emal prosesinin bütün xərclərini öz üzərinə götürəcək. Bu isə o deməkdir ki, smartfonların yekun qiymətləri alıcılara heç bir təsir göstərməyəcək. Şirkət 2050-ci ilə kimi istehsalat prosesində yalnız təkrar emal edilmiş plastik materiallara keçid etməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər