main-post-cover

    Samsung Galaxy S23 Ultra-nın maya dəyərinin nə qədər təşkil etdiyi məlum olub

    Cihazlar+
    01.06.2023
    Farid Pardashunas
        Samsung bu ilin əvvəlində Galaxy S23 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya daxil olan modellərdən biri də Galaxy S23 Ultra-dır. İndi isə Counterpoint şirkətinin analitikləri sözügedən modelin texniki tərəfinin analizini aparıblar. Lakin analitikləri maraqlandıran smartfonun performansı deyil, texniki komponentlərin ümumi maya dəyəri olub. Onlar smartfonun texniki komponentlərinin qiymətlərini hesablayaraq smartfonun Samsung-a hansı qiymətə başa gəldiyini təyin və onun istehsalat xərci ilə satış qiyməti arasındakı fərqi müqayisə ediblər.
        Məlumatda qeyd edilib ki, Galaxy S23 Ultra-nın maya dəyəri 469$ təşkil edir. Smartfonun ən bahalı komponentləri arasında Snapdragon 8 Gen 2 prosessorunun daha sürətləndirilmiş versiyası, 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran və əsas arxa kamera var. Belə ki, Snapdragon 8 Gen 2 prosessorunun qiyməti smartfonun maya dəyərinin 35%-ni, AMOLED ekran 18%-ni, əsas arxa kamera isə 14%-ni təşkil edir.
        Smartfonun maya dəyərinin 11%-ni yaddaş sistemi, 8%-ni smartfonun gövdəsi təşkil edir. Onun maya dəyərinin 15%-i isə digər istehsalçılardan olan müxtəlif komponentləri əhatə edir. Qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra-nın satışlarına start verilən zaman o, 1199$-a satılırdı. Beləliklə smartfonun maya dəyəri ilə satış qiyməti arasındakı fərq demək olar 150% təşkil edir. Qeyd etmək lazımdır ki, bu statistikada smartfonun maya dəyərinə reklam, logistika və istehsalat xərcləri daxil edilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər