Logo
    main-post-cover

    Samsung Galaxy S23 Ultra-nın texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    12.12.2022
    Emil
        Çinin TENAA adlı nizamlayıcı orqanının məlumatlar bazasında Samsung Galaxy S23 Ultra flaqman smartfonunun texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlar sözügedən smartfon barəsində olmuş daha öncəki məlumat sızıntılarını təsdiqləyib və onun haqqında daha öncə bilinməmiş məlumatları təqdim ediblər. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən Galaxy S23 Ultra smartfonu 1440x3088 piksel keyfiyyətli 6.8 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 3.36 GHz tezlikdə çalışan prosessoru birləşdirəcək.
        Çox güman ki, söhbət, Snapdragon 8 Gen 2-dən gedir. Məlumata əsasən smartfon 256/512 GB1 TB daxili yaddaşa sahib olacaq. Smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 108 MP-lik olacaq. Çox güman ki, söhbət, 108 MP-lik ISOCELL HM3 kamera sensorundan gedir. 108 MP-lik əsas kamera ilə yanaşı Galaxy S23 Ultra smartfonu 12 MP-lik ultrageniş bucaqlı obyektiv, 12 MP-lik teleobyektiv və 2 MP-lik köməkçi obyektiv ilə təchiz olunacaq. Ön kamera isə 12 MP təşkil edəcək. Galaxy S23 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər