Logo
    main-post-cover

    Samsung Galaxy S23+ ilə S23 Ultra smartfonlarının dözümlülük testləri keçirilib (VİDEO)

    Cihazlar+
    20.02.2023
    Emil
        PBKreviews adlı Youtube kanalının müəllifləri Samsung Galaxy S23+Galaxy S23 Ultra smartfonlarının dözümlülük testlərini keçirdiblər. Qeyd etmək lazımdır ki, Galaxy S23+ ilə Galaxy S23 Ultra smartfonları həm ön həm də arxa paneldən Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunublar. Sözügedən qoruyucu şüşənin istehsalçısı olan Corning şirkətinin sözlərinə əsasən Gorilla Glass Victus 2 daha öncəki Gorilla Glass-lardan fərqli olaraq düşüşlərə daha yaxşı dözümlülük sərgiləyir. Nəzərə almaq lazımdır ki, Galaxy S23+ modelinin həm ön həm də arxa panelində olan qoruyucu şüşə yastıdır. Bu isə öz növbəsində smartfonun yerə düşüşlərində onun yaxşı dözümlülük nəticələrini sərgiləməsinə imkan verməlidir.
        PBKreviews Youtube kanalının müəllifləri aparılmış testlər zamanı ilk növbədə Galaxy S23+ smartfonunu bel hissədən asfalt örtük üzərinə ekran üstə atıblar. Corning şirkəti məhz bu cür düşüşlərdə özünün Gorilla Glass Victus 2 qoruyucu şüşəsinin yüksək dözümlülüyə sahib olduğunu qeyd edir. Lakin elə ilk düşüş nəticəsində Galaxy S23+ ekranının künclərindən birində çatlar əmələ gəib. İkinci mərhələdə smartfon bel hissədən asfalt örtük üzərinə arxa panel üstə atılıb. Bu düşüş nəticəsində isə smartfonun arxa paneli zədələnib. Daha sonra smartfonu bir neçə dəfə müxtəlif istiqamətlər üzrə asfalt örtük üzərinə atıblar. Hər düşüş nəticəsində çatlar daha da çox əmələ gəlib.
        Bu düşüşlərdən sonra smartfondan normal şəkildə istifadə etmək mümkün olsa da, Gorilla Glass Victus 2-nin yüksək səviyyəli dözümlülüyündən danışmaq mənasızdır. Galaxy S23 Ultra modeli üzərində aparılmış dözümlülük testlərinə gəldikdə isə ilk növbədə qeyd etmək lazımdır ki, bu smartfonun həm ön həm də arxa paneldən əhatə olunmuş qoruyucu şüşəsinin kənar hissələri bir qədər əyilmiş şəkildə hazırlanıb. Galaxy S23 Ultra modelinin ilk düşüşlərdən sonra əldə etmiş olduğu zədələnmələr daha nəzərə çarpan olublar. Daha çox zədələnmənin qoruyucu şüşənin forması və ya smartfonun 40 qramm daha ağır olması ilə əlaqəli olub-olmadığı aydın deyil.
    Paylaş
    Bənzər xəbərlər