
Samsung Galaxy S23+ smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
03.11.2022
Emil
Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S23 smartfon seriyası üzərində çalışır. Bu smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir. Bir neçə müddət bundan öncə isə Galaxy S23+ modeli Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxmışdı. Galaxy S23+ modelinin Geekbench-in məlumatlar bazasında ortaya çıxması sayəsində smartfonun bəzi texniki özəllikləri və performans göstəriciləri məlum olub. Məlumatda qeyd edilib ki, Geekbench-də Galaxy S23+ modelinin ABŞ bazarı üçün nəzərdə tutulmuş versiyası test olunub və o, Qualcomm prosessoruna sahibdir.

Çox güman ki, söhbət, bu ay təqdim olunacaq Snapdragon 8 Gen 2 prosessorundan gedir. Bununla yanaşı Geekbench testlərində iştirak etmiş smartfon 8 GB RAM-a sahib olub və OneUI interfeysli Android 13 vasitəsilə çalışıb. Galaxy S23+ smartfonu Geekbench-in bir nüvəli testində 1485 xal, çox nüvəli testində isə 4844 xal toplayıb. Məlumatda qeyd edilib ki, smartfona quraşdırılmış 8 nüvəli prosessorun əsas nüvəsi 3.36 GHz tezliyində, digər nüvələri isə 2.80 HGz tezliyində çalışırlar. Qrafik özəlliklərdən isə prosessora quraşdırılmış Adreno 740 çipi cavabdehdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
