Logo
    Samsung Galaxy S24 FE hansı prosessoru əldə edəcək?

    Samsung Galaxy S24 FE hansı prosessoru əldə edəcək?

    Cihazlar+
    04.03.2024
         Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy S23 FE-nin davamçısı üzərində çalışır. Söhbət, Galaxy S24 FE-dən gedir. Ortaya çıxmış yeni məlumata əsasən hazırlanan bu yeni smartfon əksər regionlarda Exynos 2400 prosessoru ilə satışa çıxacaq. Lakin bəzi insayderlər Galaxy S24 FE-nin bir sıra regionlarda Snapdragon 8 Gen 3 prosessoru ilə də satışa çıxacağını istisna etmirlər. Yeni məlumatda qeyd edilib ki, Galaxy S24 FE-nin digər bir fərqləndirici özəlliyi onun Galaxy S23 FE-dən fərqli olaraq 8 GB RAM-dan LPDDR5X standartlı 12 GB RAM-a keçid etməsi olacaq. Çox güman ki, smartfon özündə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Galaxy S24 FE-nin ekranı barəsində hələ heç bir məlumat yoxdur. Smartfonun bu ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S24 FE hansı prosessoru əldə edəcək?