
Samsung Galaxy S24 FE-nin 3 gövdə rəngində yeni render fotoları təqdim edilib
Cihazlar+
10.09.2024
Emil
Samsung şirkəti artıq yaxın zamanda Galaxy S24 FE smartfonunu təqdim etməlidir. İndi isə Android Headlines saytı sözügedən smartfonun müxtəlif gövdə rənglərində yeni render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolarda smartfon 3 gövdə rəngində əks olunub. Mavi, qrafit, və sarı. Məlumata əsasən Galaxy S24 FE smartfonu alüminium materialdan hazırlamış gövdə ətrafı çərçivələri əldə edəcək. Onun arxa paneli isə şüşə materialdan hazırlanmış örtük ilə əhatə olunmalıdır. Smartfon ümumilikdə bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24-ə bənzəyir. Son məlumat sızıntılarına əsasən Galaxy S24 FE 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. və Exynos 2400e prosessoru vasitəsilə çalışacaq.



Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
