
Samsung Galaxy S24 FE-nin əsas arxa kamerası dəyişilməz olaraq qala bilər
Cihazlar+
11.06.2024
Emil
Heç şübhəsiz Samsung şirkəti Galaxy S24 FE (Fan Edition) smartfonu üzərində çalışır və onu bu il ərzində təqdim edəcək. İndi isə internetdə bu yeni smartfonun kameraları ilə bağlı məlumatlar ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy S24 FE smartfonunda əsas arxa kamera dəyişilməz olaraq qalacaq. Söhbət, Samsung ISOCELL GN3 adlı 50 MP-lik əsas arxa kameradan gedir.
Qeyd etmək lazımdır ki, bu kamera üstəlik Galaxy S23, S23 FE və S24 smartfonlarında da istifadə edilir. Bununla yanaşı məlumata əsasən Galaxy S24 FE-nin ön kamerası ilə bağlı da heç bir dəyişiklik olmayacaq. Söhbət, keçən ilki Galaxy S23 FE-də istifadə edilən 10 MP-lik ön kameradan gedir. Lakin Galaxy S24 FE-nin ultra geniş bucaqlı və zoom kameralarında hər hansısa dəyişikliyin olub-olmayacağı bilinmir. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
