
Samsung Galaxy S24 FE-nin Exynos 2400e prosessoruna sahib versiyası Geekbench testlərindən keçib
Yaxın aylar ərzində təqdim olunacağı gözlənilən Samsung Galaxy S24 FE smartfonunun Exynos 2400 prosessorunun sadələşdirilmiş versiyasına sahib modeli Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasına əsasən Galaxy S24 FE-nin bu modeli özündə Exynos 2400e adlı prosessoru birləşdirir. Məlumata əsasən Exynos 2400 ilə müqayisədə onun sadələşdirilmiş versiyasının sahib olduğu Cortex-X4 nüvəsinin çalışma tezliyi 3.2 GHz-dən 3.11 GHz-ə endirilib. Bu isə o deməkdir ki, Exynos 2400 ilə Exynos 2400e arasında o qədər də yüksək performans fərqi olmayacaq. Geekbench testlərindən Galaxy S24 FE-nin Exynos 2400e prosessorlu modelinin 8 GB RAM-a sahib versiyası keçib. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1995 xal, çox nüvəli testi çərçivəsində isə 5678 xal toplayıb.

Paylaş