
Samsung Galaxy S24 FE-nin Exynos prosessorlu versiyası Geekbench testlərindən keçib
Cihazlar+
13.08.2024
Emil
Dünən Android Headlines saytı yaxın aylarda təqdim olunacaq Samsung Galaxy S24 FE smartfonunun rəsmi press render fotolarını təqdim etdi. İndi isə məlum olub ki, bu yeni smartfonun Exynos prosessoruna sahib versiyası Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasında qeyd edilmiş məlumata əsasən Galaxy S24 FE smartfonu Xclipse 940 qrafik çipinə sahib 10 nüvəli prosessor vasitəsilə çalışır. Bu isə smartfonun Exynos 2400 prosessoruna sahib olacağına işarə edir.

Lakin digər tərəfdən smartfon müxtəlif regionlarda müxtəlif prosessorları əldə edə bilər. Belə ki, keçən ilki Galaxy S23 FE halında məhz belə olmuşdu. Geekbench testlərindən Galaxy S24 FE-nin 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy S24 FE smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1625 xal, çox nüvəli testi çərçivəsində isə 5698 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş adi Galaxy S24-ün Exynos 2400 prosessorlu versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 1971 xal, çox nüvəli testi çərçivəsində isə 6291 xal toplayır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
