main-post-cover

    Samsung Galaxy S24 FE-nin gövdə rəngləri və digər özəllikləri açıqlanıb

    Cihazlar+
    09.08.2024
    Emil Nəcəfov
         Artıq heç kim üçün sirr deyil ki, Samsung şirkəti ilin sonuna kimi Galaxy S24 FE smartfonunu təqdim edəcək. İndi isə Android Headlines saytı bu yeni smartfonun əsas texniki imkanları barəsində məlumatları təqdim edib. Məlumatda qeyd edilib ki, Galaxy S24 FE smartfonu bazara 5 gövdə rəngində satışa çıxacaq. Mavi, yaşıl, qara, qrafit və sarı. Smartfon xarici görünüşcə keçən ilki Galaxy S23 FE-yə bənzəyəcək və alüminium materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək.
         Məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü AMOLED ekranı əldə edəcək və onun maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S23 FE smartfonu 6.4 düym ölçülü ekrana sahibdir. Üstəlik yeni smartfonun ekranı Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunacaq. Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 8 MP üçlü arxa kameraya və 10 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə Galaxy S24 FE özündə 4565 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin Exynos 2400 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Samsung Galaxy S25 şirkətin genişləndirilmiş reallıq cihazının dizayn elementlərini və funksiyalarını əldə edə bilər
    samsung-galaxy-s25-sirketin-genislendirilmis-realliq-cihazinin-dizayn-elementlerini-ve-funksiyalarini-elde-ede-biler
    Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
    samsung-bunu-ede-bilenlere-5-milyon-dollar-vereceyini-ved-edir
    Təqdimata hazırlaşan Samsung Galaxy A06-nın yeni render fotosu ortaya çıxıb
    teqdimata-hazirlasan-samsung-galaxy-a06-nin-yeni-render-fotosu-ortaya-cixib
    Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-yaxin-zamanda-teqdimati-tesdiqlenib