Samsung Galaxy S24 FE-nin hazırlandığı təsdiqlənib
Cihazlar+
26.04.2024
Farid Pardashunas
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti aktiv şəkildə Galaxy S24 FE smartfonu üzərində çalışır. İndi isə bu məlumat Britaniyanın EE adlı mobil operatoru tərəfindən təsdiqlənib. Belə ki, Galaxy S24 FE SM-721U model nömrəsi ilə birgə sözügedən mobil operatorun məlumatlar bazasında ortaya çıxıb. Təəssüflər olsun ki, məlumatlar bazasında smartfonun texniki göstəriciləri barəsində məlumat əks olunmayıb.
Lakin onun EE-nin məlumatlar bazasında ortaya çıxması Samsung-un həqiqətən də bu smartfonu hazırladığını təsdiqləyir. Son məlumat sızıntılarına əsasən Galaxy S24 FE smartfonu 6.1 və ya 6.7 düym ölçülü ekranı və 4500 mAh enerji tutumlu batareyanı əldə edəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı aydın deyil. Lakin çox güman ki, bu, Exynos prosessoru olacaq. Keçən il təqdim edilmiş Galaxy S23 FE də Exynos prosessoru vasitəsilə çalışır. Galaxy S24 FE-nin təqdimatına gəldikdə isə o, yay fəslində və ya ilin sonuna yaxın təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının konkret təqdimat tarixləri açıqlanıb
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının konkret təqdimat tarixləri açıqlanıb
Biz artıq dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti yay fəslində növbəti təqdimat tədbirini keçirməlidir.
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
Samsung şirkəti yaxın aylar ərzində Galaxy Buds 3 Pro adlı yeni premium naqilsiz qulaqlığını təqdim etməlidir.
Samsung qatlana bilən Galaxy Z Fold 6 FE smartfonu üzərində çalışmış ola bilər
Samsung qatlana bilən Galaxy Z Fold 6 FE smartfonu üzərində çalışmış ola bilər
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung bu il qatlana bilən Galaxy Z Fold 6 ilə yanaşı onun Ultra versiyasını da təqdim edə bilər. Ortaya çıxmış yeni məlumata əsasən isə Galaxy Z Fold 6-nın həmçinin FE versiyası da ola bilər.
Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
Dünən Beynəlxalq Yer kürəsi günü qeyd olundu. Bu münasibətlə Samsung şirkəti öz fəaliyyətində karbon izini necə azaltdığı barəsində məlumat verib.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
Samsung şirkəti yaxın aylar ərzində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını təqdim etməlidir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!