
Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
Cihazlar+
16.05.2024
Emil
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasının FE (Fan Edition) modeli üzərində çalışır. Söhbət, Galaxy S24 FE-dən gedir. İndi isə bu smartfonun hazırlandığına dair daha bir sübut əldə edilib. Belə ki, hələ təqdim olunmamış Galaxy S24 FE üçün nəzərdə tutulmuş OneUI istifadəçi interfeysinin ilk test versiyası Samsung serverində aşkar edilib. Bu isə şirkətin Galaxy S24 FE smartfonu üzərində çalışdığını təsdiqləyir.

Məlumatda qeyd edilib ki, OneUI istifadəçi interfeysinin Samsung serverində aşkar edilmiş test versiyası Galaxy S24 FE-nin Avropa bazarı üçün nəzərdə tutulmuş versiyasının model nömrəsini də ortaya çıxarıb. Beləliklə məlum olub ki, Galaxy S24 FE-nin Avropa bazarı üçün nəzərdə tutulmuş versiyası SM-S721B model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Galaxy S23 FE smartfonu keçən ilin oktyabr ayında təqdim edilmişdi. Galaxy S24 FE-nin də oktyabr ayında təqdim olunacağı gözlənilir. Gözləntilərə əsasən Galaxy S24 FE smartfonu satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 2400 prosessoru ya da Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
