main-post-cover

    Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb

    Cihazlar+
    30.07.2024
    Emil Nəcəfov
         Keçən həftə məlum oldu ki, Samsung bu il üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirtməyi planlaşdırır. Üçüncü Galaxy Unpacked tədbirinin oktyabr ayında baş tutacağı gözlənilir. Güman olunur ki, həmin tədbir çərçivəsində şirkət qatlana bilən Galaxy Z Fold 6 Slim smartfonunu və Galaxy Tab S10 planşet seriyasını təqdim edəcək. Lakin bunlar Samsung-un təqdim edəcəyi yeganə cihazlar olmaya bilərlər.
         İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung oktyabr ayında baş tutacağı gözlənilən Galaxy Unpacked tədbiri çərçivəsində adları sadalanmış cihazlarla yanaşı Galaxy S24 FE smartfonunu və Galaxy XR (Extendet Reality / XR) adlı genişləndirilmiş reallıq cihazını təqdim edəcək.
         Galaxy S24 FE-nin bu il təqdim ediləcəyi barəsində məlumat daha öncə də ortaya çıxmışdı. Sözügedən smartfonun 6.65 düym ölçülü AMOLED ekranla təchiz olunacağı və satışa çıxacağı regiondan asılı olaraq Exynos 2400 və ya Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Galaxy XR-a gəldikdə isə onun barəsində ətraflı məlumat hələ yoxdur. Sadəcə güman etmək olar ki, o, Apple Vision Pro ilə rəqabət aparacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
    budceli-samsung-galaxy-a06-nin-render-fotolari-teqdim-edilib
    Orta büdcəli smartfonlar üçün olan Exynos 1580 prosessoru Geekbench testlərindən keçib
    orta-budceli-smartfonlar-ucun-olan-exynos-1580-prosessoru-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S25 Ultra artıq Çində qeydiyyatdan keçib
    samsung-galaxy-s25-ultra-artiq-cinde-qeydiyyatdan-kecib
    Samsung One UI 7-nin ilkin görüntüləri ortaya çıxıb!
    samsung-one-ui-7-nin-ilkin-goruntuleri-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra-nın batareya həcmində dəyişiklik olmayacaq
    samsung-galaxy-s25-ultra-nin-batareya-hecminde-deyisiklik-olmayacaq