main-post-cover

    Samsung Galaxy S24 FE-nin nə zaman təqdim olunacağı açıqlanıb

    Cihazlar+
    14.08.2024
    Emil Nəcəfov
          Son günlər ərzində Samsung Galaxy S24 FE barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Bir neçə gün bundan öncə hələ təqdim edilməmiş bu yeni smartfonun rəsmi press render fotoları təqdim edildi. Dünən isə Galaxy S24 FE-nin Exynos prosessorlu versiyasının Geekbench testlərindən keçdiyi məlum oldu. Koreyanın ETNews saytı öz növbəsində Galaxy S24 FE-nin nə zaman təqdim olunacağı barəsində məlumatı təqdim edib.
         Beləliklə təqdim edilmiş məlumata əsasən Samsung şirkəti Galaxy S24 FE smartfonunu oktyabr ayında təqdim edəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung bu il üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirtməyi planlaşdırır və həmin tədbir məhz oktyabr ayında baş tuta bilər. Keçən ilki Galaxy S23 FE də oktyabr ayında təqdim edilmişdi. Son məlumat sızıntılarına əsasən Galaxy S24 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və satışa çıxacağı regiondan asılı olaraq ya Exynos ya da Snapdragon prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A16-nın nə zaman təqdim olunacağı açıqlanıb
    samsung-galaxy-a16-nin-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Samsung Galaxy S24 FE-nin Exynos prosessorlu versiyası Geekbench testlərindən keçib
    samsung-galaxy-s24-fe-nin-exynos-prosessorlu-versiyasi-geekbench-testlerinden-kecib
    Təqdimata hazırlaşan Samsung Galaxy A06 smartfonunun texniki imkanları detallı şəkildə təqdim edilib
    teqdimata-hazirlasan-samsung-galaxy-a06-smartfonunun-texniki-imkanlari-detalli-sekilde-teqdim-edilib
    Samsung Galaxy S24 FE-nin rəsmi fotoları təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-resmi-fotolari-teqdim-edilib
    Samsung Galaxy S24 FE-nin gövdə rəngləri və digər özəllikləri açıqlanıb
    samsung-galaxy-s24-fe-nin-govde-rengleri-ve-diger-ozellikleri-aciqlanib