main-post-cover

    Samsung Galaxy S24 FE-nin ön sifarişinə start verilib

    Cihazlar+
    25.09.2024
    Emil Nəcəfov
         Samsung şirkəti hələ təqdim edilməmiş Galaxy S24 FE-nin ABŞ-da ön sifarişinə start verərək çoxunu təəccübləndirib. Ön sifarişə start verilməsi sayəsində Galaxy S24 FE-nin satış qiymətləri məlum olub. Məlumata əsasən Galaxy S24 FE iki versiyada satılacaq. Birinci versiya 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 256 GB daxili yaddaş həcminə sahib olacaq. Ön sifarişə əsasən Galaxy S24 FE-nin 128 GB yaddaşa sahib versiyasının qiyməti 650$, 256 GB yaddaşa sahib versiyasının qiyməti isə 709$ təşkil edir. Çox güman ki, bu yeni smartfon artıq bu və ya gələn həftə ərzində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED ekranla təchiz olunacağı, Exynos 2400e prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 10 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin satış qiymətləri rəsmi saytda ortaya çıxıb
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetlerinin-satis-qiymetleri-resmi-saytda-ortaya-cixib
    Samsung Galaxy M55s 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-m55s-5g-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S25 və S25+ smartfonlarının hansı gücdə sürətli şarj texnologiyalarının dəstəklərini əldə edəcəkləri məlum olub
    samsung-galaxy-s25-ve-s25-smartfonlarinin-hansi-gucde-suretli-sarj-texnologiyalarinin-desteklerini-elde-edecekleri-melum-olub
    Samsung Galaxy S24 FE-nin təqdimat tarixi təsadüfən sızmış ola bilər
    samsung-galaxy-s24-fe-nin-teqdimat-tarixi-tesadufen-sizmis-ola-biler
    Galaxy A16 5G smartfonu Samsung tarixində uzunmüddətli dəstəyi əldə edəcək ilk büdcəli smartfon ola bilər
    galaxy-a16-5g-smartfonu-samsung-tarixinde-uzunmuddetli-desteyi-elde-edecek-ilk-budceli-smartfon-ola-biler