main-post-cover

    Samsung Galaxy S24 FE-nin render fotoları təqdim edilib

    Cihazlar+
    20.06.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti bu il ərzində Galaxy S24 FE (Fan Edition) smartfonunu təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S24 FE xarici görünüşcə Galaxy S24 S24+ modellərinə bənzəyəcək. Galaxy S24 FE yastı gövdəni, ekran ətrafı nazik çərçivəni və ekran üzərində ön kamera üçün kiçik dairəvi çıxıntını əldə edəcək. Smartfonun arxa panelində isə üç ədəd kamera yerləşəcək. Məlumatda qeyd edilib ki, Galaxy S24 FE-nin uzunluğu 162 mm, eni 77.3 mm, qalınlığı isə 8 mm təşkil edəcək. Gözləntilərə əsasən smartfon 6.65 düym ölçülü ekranla, Exynos 2400 və ya Snapdragon 8 Gen 3 (satışa çıxacağı ölkədən asılı olaraq) prosessoru və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Galaxy S24 FE-nin bu ilin sonuna yaxın təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 bütün regionlarda Snapdragon prosessorunu əldə edə bilər
    samsung-galaxy-s25-butun-regionlarda-snapdragon-prosessorunu-elde-ede-biler
    Samsung Galaxy Z Fold 6-nın maketi keçən ilki Galaxy Z Fold 5 ilə müqayisə edilib (VİDEO)
    samsung-galaxy-z-fold-6-nin-maketi-kecen-ilki-galaxy-z-fold-5-ile-muqayise-edilib-video
    Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25-in batareya həcmi məlum olub
    gelen-ilin-evvelinde-teqdim-olunacaq-samsung-galaxy-s25-in-batareya-hecmi-melum-olub
    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar
    yaxin-zamanda-teqdim-olunacaq-samsung-galaxy-z-fold-6-nin-etrafli-texniki-imkanlari-ortaya-cixiblar
    Samsung Galaxy Watch FE rəsmi şəkildə anons edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-fe-resmi-sekilde-anons-edilib-qiymeti