main-post-cover

    Samsung Galaxy S24 FE-nin rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
         Android Headlines saytı ilin sonuna kimi təqdim olunacaq Samsung Galaxy S24 FE smartfonunun rəsmi press render fotolarını və texniki imkanlarını təqdim edib. Təqdim edilmiş press render fotolardan da görmək olar ki, Galaxy S24 FE smartfonu xarici görünüşcə adi Galaxy S24-ə bənzəyəcək. Fotolara əsasən Galaxy S24 FE üçlü arxa kameranı əldə edəcək və özündə yastı gövdə dizaynını birləşdirəcək. Bir qayda olaraq smartfon yastı ekranı və ekran üzərində kiçik dairəvi çıxıntını da əldə edəcək. Android Headlines saytı bildirib ki, Galaxy S24 FE 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunacaq.
         Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1900 nit təşkil edəcək. Daha öncəki məlumatlarda Galaxy S24 FE-nin Exynos 2400 prosessoru vasitəsilə çalışacağı deyilirdi. Lakin yeni məlumatlarda smartfonun Exynos 2400e prosessorunu əldə edəcəyi qeyd edilib. Çox güman ki, bu, adi Exynos 2400-ın bir qədər sadələşdirilmiş versiyasıdır. Bununla yanaşı Galaxy S24 FE smartfonu özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı, 10 MP-lik ön kameranı və 4565 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin gövdə rəngləri və digər özəllikləri açıqlanıb
    samsung-galaxy-s24-fe-nin-govde-rengleri-ve-diger-ozellikleri-aciqlanib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Samsung Galaxy S25 şirkətin genişləndirilmiş reallıq cihazının dizayn elementlərini və funksiyalarını əldə edə bilər
    samsung-galaxy-s25-sirketin-genislendirilmis-realliq-cihazinin-dizayn-elementlerini-ve-funksiyalarini-elde-ede-biler
    Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
    samsung-bunu-ede-bilenlere-5-milyon-dollar-vereceyini-ved-edir
    Təqdimata hazırlaşan Samsung Galaxy A06-nın yeni render fotosu ortaya çıxıb
    teqdimata-hazirlasan-samsung-galaxy-a06-nin-yeni-render-fotosu-ortaya-cixib