
Samsung Galaxy S24 FE-nin təqdimat tarixi təsadüfən sızmış ola bilər
Cihazlar+
20.09.2024
Emil
Samsung təqdimata hazırlaşan Galaxy S24 FE smartfonunun təqdimat tarixini təsadüfən sızdırmış ola bilər. Belə ki, Samsung Vietnam adlı YouTube kanalında ortaya çıxmış tizer videonun müəyyən hissəsində növbəti Galaxy Unpacked tədbirinə işarə edən kadr ortaya çıxıb. Ortaya çıxmış kadrda 26 sentyabr tarixi və Galaxy S24 FE-yə bənzəyən smartfon silueti əks olunub. İnsayderlər güman edirlər ki, söhbət, məhz Galaxy S24 FE-nin təqdimatından gedir. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED ekranla təchiz olunacağı, Exynos 2400e prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 10 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
